07.10.2018 20:29

Lierac-Mezolift Serum

Yaşından asılı olmayaraq üz dərisinə qulluq etmək çox mühümdür. Lakin irəliləyən yaşlarda bu
daha vacib rol oynayır. Belə ki, yaşlanmaya qarşı (anti-ageing) məhsullar dərini bəsləməklə
yanaşı qocalma izlərini də silə bilir.


“Anti-ageing” məhsullar arasında xüsusilə serumlara üstünlük vermək daha uyğundur. Çünki
serumlar tərkib və tekstura etibarilə təmiz dəriyə makiyaj vasitələrindən əvvəl tətbiq olunur və
dərinin alt qatlarına qədər təsir göstərə bilir. Əlavətən, baxım məhsullarının dəriyə daha asan
hopmasına imkan yaradır.


Yaşlanmaya qarşı serumlardan danışdıqda Lierac brendinə məxsus Mezolift Serum-a xüsusi
diqqət ayırmaq lazımdır. Çünki vitamin və minerallarla zəngin tərkibi ilə bu “anti-ageing” serum
dərinin qocalmasınln qarşısımı almaqla yanaşı, dəridəki solğunluğu və yorğunluğu aradan
qaldırır. Tərkibindəki portağal ekstraktı isə dəriyə parlaqlıq verir.


Mezoliftinq təsiri olan bu serum düzgün istifadədə dərinizdə möcüzələrə yol açacaq.