07.10.2018 20:29

Miselyar su nədir?

Adını tez-tez eşitməyimizə baxmayaraq, hələ də nə olduğunu bilməyənlər üçün deyirik.
Miselyar su nədir?


Miselyar su dərinin üst səthini makiyaj və digər kirlərdən təmizləyən vasitədir. Tərkibində spirt
və ya sabun yoxdu, çox incə tərkibə malikdir ki, bu da dərinin hidrolipidik səthinə zərər vermir.
Ağlınızda sual yarana bilər ki, bəs bu miselyar sudan sonra dərini yenidən yumaq vacibdirmi?
Tərkibində paraben və silikonlar olmadığından əlavə təmizliyə ehtiyac da yoxdur. Tərkibinə və
gördüyü işə görə miselyar su həm də tonik vəzifəsini də yerinə yetirir.


Miselıyar suyu öz dəri tipinizə uyğun seçməyiniz vacib məqamlardandır. Məsələn dəriniz
normal və həssas deyilsə, daha diqqətli olmalısınız. Çünki, quru dərili xanımların dərisini miselyar
sular daha da quruda bilər. Bu səbəbdən müxtəlif yağlarla zəngin sulardan istifadə etməyiniz daha
məsləhətlidir. Yox əksinə, dəriniz yağlıdırsa, bu zaman təmizləməni sadəcə miselyar su ilə yox, əlavə
vasitələrlə də etməyiniz vacibdir.


Qeyd edək ki, miselyar su ilə göz makiyajınızı da təmizləmək olar. Bunun üçün isə gözünüzdə
alergiya və ya qıcıq yaratmayacaq, güvənilən brendlərə üz tutmaq lazımdır. Məsələn Biordermadan
Miscellar Cleansing Water. Statistikaya görə dünya üzrə hər 3 saniyədə 1 ədə bu məhsulun satıı
həyata keçir. Daha güvənilən olması üçün nə lazımdır?! :)


Üz dərinizi qıcıq yaratmadan makiyaj qalıntıları və küləklər şəhərinin izlərindən təmizləmək
üçün seçiminiz Biodermanın Miscellar Cleansing Water məhsulundan yana olsun.