Coffee Bean Scrub (Mandarin)
Coffee Bean Scrub (Mandarin)
Coffee Bean Scrub (Mandarin)
Coffee Bean Scrub (Mandarin)

Coffee Bean Scrub (Mandarin)

Sellülit əleyhinə kafein-mandarin skrabı

35 ₼
250 ml

Özəllikləri

Hər növ dəri tipinə uyğun kofe skrab bədən dərisini təmizləyir, aşındırır və tərkibindəki mandarin efir yağı sayəsində isə dəriyə elastiklik, parlaq və sağlam rəng tonu bəxş edir. 

Təzə çəkilmiş Robusta qəhvəsi və çəhrayı Himalay duzu - ölü hüceyrələri təmizləyir, epidermisin bərpası və hüceyrə yenilənməsi prosesini aktivləşdirir və limfa drenajı effektinə malikdir.

Mandarin efir yağı - qida maddələrinin dəriyə dərindən nüfuz etməsinə kömək edir, qidalandırır, nəmləndirir. Yağ ən əsası anti-selülit təsirə malikdir.

5 qiymətli bitki yağı: avokado, jojoba, makadamiya, üzüm toxumu, şirin badam - dermisin dərin qatlarına nüfuz edir, antioksidantlar və mikroelementlərlə qidalandırır, həm də modelləşdirmə effektinə malikdir.

Sauna, hamam və ya duşda problemli sahələrə xüsusi diqqət yetirərək dairəvi masaj hərəkətləri vasitəsilə bədən dərisinə tətbiq edilir. Daha effektiv təsir üçün dəridə 5-10 dəqiqə saxlamaq və ilıq su ilə yuymaq tövsiyə olunur. Dəsmalla qurulandıqdan sonra nəmləndirici istifadə etmək yaxşı olar.

Duşdan öncə quru bədəni Riche kaktus firçası ilə masaj etmək və duşdan sonra qidalandırıcı-nəmləndirici Riche anti-selülit yağını sürtmək daha effektiv nəticə əldə etməyinizə komək edəcək.

Təmiz Robusta qəhvə dənələri, çəhrayı Himalay duzu, Mandarin efir yağı, Avokado, Jojoba, Makadamiya, üzüm toxumu, şirin badam yağları və s.

Bəyənə biləcəyiniz digər məhsullar