Yeniləyici Tonik
Yeniləyici Tonik
Yeniləyici Tonik
Yeniləyici Tonik
Yeniləyici Tonik
Yeniləyici Tonik

Yeniləyici Tonik

Hər növ dəri üçün

35.00 ₼
200 ml

Özəllikləri

AHA turşuları (laktik, tartarik və alma) epidermisin ilk qatını aşındırır, relyefi bərabərləşdirir və dərini parlaq edir. BHA (salisil) turşusu yağ bezlərini tənzimləyir və məsamələri açır.

Güclü antioksidanlardan ibarət kompleks: C vitamini, ispanaq ekstraktı və hidroliz olunmuş üzüm qabığı, erkən qırışlarla mübarizə aparır, mikrosirkulyasiyanı normallaşdırır və dərini cavan və elastik saxlayır.

Centella asiatica ekstraktı dərini yeniləyir və antiinflamatuar və antibakterial xüsusiyyətləri sayəsində mövcud sızanaqlardan tez qurtulmağa kömək edəcəkdir.

Opuntia ekstraktı dərini kifayət qədər miqdarda nəmlə təmin edir, qurumasının qarşısını alır. Bununla, dəri qabıqlanmasını və dartılmasını unuda bilərsiniz.

Life hack: Tonikdən istifadə etməzdən əvvəl, üzünüzü kokos südü ilə və ya üz yuma kremi ilə  təmizləyin  . Tonikdən istifadə etdikdən sonra tamamilə udulmasını gözləmədən qidalandırıcı maddələrin daha dərindən və daha effektiv nüfuz etməsi üçün serum və ya üz kremi çəkin.

Nəticə: Təmiz və quru olmayan təravətli və parlaq dəri.

Pambıq diskə tonik əlavə edib üzünüzü və boynunuzu silin.

Qeyd! Üz üçün skrablardan istifadə etdikdən sonra tonikdən istifadə etməyin, çünki bu ciddi qıcıqlanmaya səbəb ola bilər.

Su (təmizlənmiş), Laktik turşu, Glitserin, Propandiol, Betain, Alma turşusu, Pantenol, Allantoin, Opuntia ekstraktı, Salisilik turşusu, Ispanaq ekstraktı, Ətir, Centella asiatica ekstraktı, Askorbin turşusu (C vitamini), limon ekstraktı, limon turşusu, hidroliz olunmuş üzüm qabığı, hidroliz olunmuş buğda kəpəyi, poliqliseril-4 kaprat, natrium benzoat, kalium sorbat, natrium hidroksid