Bu gün sizə gözəl dəriyə sahib olmağın sirrindən bəhs edəcəyik. Diyetoloqlar dərinin gözəlliyini və sağlamlığını qorumaq üçün qidalanmanıza xüsusi diqqət göstərməyinizi məsləhət edir. Dərinizin ən çox ehtiyac duyduğu "S" vitaminin saysız-hesabsız faydaları var. Bu vitamin sitrus meyvələri, çiyələk, kələm, pomidor, kivi, qara qarağat və yaşıl bibərdə var.
✅C vitamini ilə zəngin olan sitrus meyvələri dəridə kollagenin istehsalını artırır. Kollagen dərini cavan, hamar və dartılmış edir. Həmçinin C vitamini güclü antioksidantdır. Sərbəst radikallar dərini zərərdən qoruyur, kollagen istehsalını stimullaşdırır. Dərinin elastikliyini və sıxlığını təmin edir. Qırışları minimuma endirir. C vitamini antioksidantlarla zəngin olduğundan dərini cavanlaşdırır, erkən qırışların əmələ gəlməsinin qarşısını alır.
✅Limon şirəsi dərinin rəngini yaxşılaşdırır, dərini ağardır, piqment ləkələri, çilləri görünməz edir.
✅Əgər dəriniz yağlıdırsa, hər səhər və axşam üzünüzü limon dilimi ilə silin.
✅Limon şirəsi güclü antiseptik xüsusiyyətlərə malikdir və bu səbəbdən dərini yaxşı təmizləyir. Sızanaqların azalmasına kömək edir.
✅Yağlı dərinin parıltısını götürür, dərini qurudur, məsamələri daraldır.
?Limon üz dərisinə çox müsbət təsir edir və bu səbəbdən bir çox kosmetik maskaların tərkibində geniş istifadə olunur. Sitrus meyvələrini qida rasionunuza mütləq əlavə edin ki, dəriniz sağlam və qüsursuz olsun.?