ETTA.AZ - dan sifariş edilən məhsullar ciddi səbəb olmadan geri qaytarılmır
və ya dəyişdirilmir!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 may tarixli 114 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirməli olmayan malların SİYAHISI:
1. Qızıl və qızıl məmulatları;
2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar;
3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar
(lentlər, tesmalar, haşiyələr);
4. Parfümer-kosmetika malları;
5. Kişi, qadın və uşaq çimərlik paltarları;
6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları;
7. Məişət-kimyası malları;
8. Şəxsi gigiyena əşyaları (diş firçaları, daraqlar, biqudilər və s.);
9. Uşaq oyuncaqları;
10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi,
qadın
və uşaq corabları, alt paltarları;
11. Ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar;
12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müdəti ərzində) ərzaq malları.
Müştəri məhsulu sifariş etdikdən sonra təhvil alan zaman aşağıdakı hallarla rastlaşdığı
təqdirdə
dəyişdirmək və ya geri qaytarma hüququna malikdir:
- Sifariş edilən məhsul çatdırılan məhsulla eynilik təşkil etmədiyi halda;
- Məhsul ciddi xarici və daxili deformasiyaya məruz qaldığı halda;
- Məhsulun orijinal olmadığı sübut edildiyi halda.