Dərimiz bizim ən dəyərli xəzinəmizdir.  

 Gecə yatmamışdan qabaq makiyajınızı təmizləmirsiniz? Sizcə dəriniz buna necə reaksiya verir?

 Məsələn, məsamələr dola bilər.


 Bir çox kosmetik məhsullar silikonlardan ibarətdir. Hansılar ki, məsamələr dolduqca, dəri çirklənə bilər. Bundan əlavə, üzünüzdəki pudra ilə yatsanız, siz qızartı və iltihablarla oyanmaq riski ilə qarşılaşa bilərsiniz.  

 Dəri hüceyrələrinə zərər verə bilərsiniz.


 Gecə dəriniz özü-özünü bərpa edir və hüceyrələr regenerasiya etməyə başlayır.


Dekorativ kosmetika bu prosesə mane olur. Çünki sözün əsl mənasında, dəri gün ərzində zərərli maddələr ilə qapanır. Buna görə kollagen məhv olunur.  

 Siz sızanaq qazana bilərsiniz.


 Bizim dəri 24 saat işləyir. Məsamələrdən sonra dəri yağları onun səthinə daxil olur. Hansılar ki:
 Dərini nəmləndirir;
 Ölü hüceyrələri və çirkləndirmələri təmizləməyə kömək edir.


 Makiyaj tətbiq edərkən, məsamələr bloklanır və dəri yağı əmələ gəlmir. Bu, məsamələrin genişlənməsinə və iltihabına gətirə bilər.

 Yaşlanma prosesini sürətləndirə bilərsiniz.


 Gün ərzində üzdə çirkləndirmələr toplanır. Hansılar ki, dəri hüceyrələri ilə kollageni istehsal etməyə mane olurlar - o, dərinin elastikliyini təmin edən əsas materialdır. Kollagen olmadan, dəriniz quruyur, elastikliyini itirir.

 Siz dərinizin nəfəs almağına mane olursunuz.


 Bədəniniz sakit vəziyyətdə qaldığına görə, orqanlar bərpa olunur. Eyni vəziyyət dərinizdə də baş verir. Əgər siz məsamələri blokluyursunuzsa, onda o regenerasiyanı dayandırır.

Gecələr məsamələriniz dəri yağını önə çıxardaraq, sizin dərinizi qoruyur.


Əgər makiyajınızı yatmamışdan qabaq təmizləmirsinizsə, onda dəridə bakteriyalar əmələ gəlir.

 Makiyaj gözlərinizi qıcıqlandırır.


 Makiyajla yatsanız, səhər saatlarında göz ətrafdakı şişkinlikdən əziyyət çəkə bilərsiniz.  
 Göz kölgələri, tuşu və layneri mütləq yatmamışdan qabaq yuyun. Çünki onların üzərinə toz və digər çirklər çökür.
 Əgər gözləriniz tez-tez şişirsə deməli bu infeksiyanın əlamətidir.

 Kirpikləriniz zədələnə bilər.


 Əgər boyalı gözlərlə yatırsınızsa, layner və ya tuş kirpiklərinizə bitişib quruyaraq, onların qırılmasına səbəb ola bilər.
 Sərt makiyaj təmizləyicilərindən istifadə etmək də yaxşı həll yolu deyil. Gözlərinizi makiyajdan incə təmizləyən yumşaq məhsulları seçin.

 Dərinizi sevin, çünki gözəlliyin təməli sağlam və təmiz dəridir.