Dərim niyə quruyur?⚠️
Quru dəridən əziyyət çəkənlərin sayı həddən artıq çoxdur. Adətən bu problemlə qarşılaşdığımız zaman dərini nəmləndirmək üçün müxtəlif maska və kremlərə üz tuturuq. Dərinin quruluğunun səbəbi hər hansı daxili pozulma və ya xəstəlik olduqda bu vasitələr kömək etmir. Daha çox isə qısamüddətli effekt verir.
Dərinin quruluğuna səbəb olan vacib faktorları sizə aşağıda qeyd edirik:
✅Uzunmüddətli streslər;
✅Düzgün olmayan qidalanma, balanslaşdırılmamış pəhrizlər;
✅Mədə-bağırsaq sistemi xəstəlikləri;
✅Şəkərli diabet;
✅Gün ərzində az su qəbulu;
✅Keyfiyyətsiz təmizləyici məhsullar;
✅Uzun müddət küləyə məruz qalmaq, ətraf çirkliliyi;
?Bunlar hər biri dərinizin qurumasına səbəb olan faktorlardır. Düzgün qidalanma və bol maye qəbul edərək, quru dərinin qarşısını ala bilərsiniz. Duş qəbul edərkən, isti su yerinə, ilıq sudan istifadə edin. Tərkibində ətir olan məhsullardan istifadə etməməyə çalışın. Ən əsası üzünüzə adını bilmədiyiniz naməlum məhsulların istifadəsindən uzaq durun❗