Dərinizin cavanlığını və parıltısını qorumaq istəyirsiniz?
Əlbəttəki hə!??
Bu paylaşımda dəriyə düzgün baxım barədə danışacağıq, odurki, diqqətli olaq.?
⠀
☝Nədən başlayacağınızı bilmirsinizsə, ilk öncə təmizləmədən başlayın. Çünki üzün təmizliyi ən vacib faktordur. Bu sadə qaydalara əməl edərək bir çox dəri problemindən qorunmaq olar:
⠀
Qayda 1.
❌Üzə çirkli əllərlə toxunmamaq. Çirkli əllər təkcə yapışqan, qara və s. əllər deyil. Sadəcə əllərinizi yumamısınızsa, üzünüzə toxunmayın. Gözlərinizi və göz ətrafı dərini ovalamayın.
⠀
Qayda 2.
✅Yatmazdan əvvəl makiyajı silmək. Hətta makiyajdan istifadə etməsəniz belə yenə də dərini təmizləyin. Üzü təkcə su ilə yumaq yetərli deyil. Dəri tipinizi müəyyənləşdirin və ona uyğun məhsulları seçin.
⠀
Qayda 3.
?Sistematik olaraq üz təmizləməsini professionallara həvalə edin. Ev şəraitində bunu etməyiniz yetərli olmaya bilər. Üzün professional şəkildə təmizlənməsi dərini dərindən təmizləməyə və ölü hüceyrələri aradan qaldırmağa kömək olacaqdır.
✨Sizin gözəlliyinizin qayğısına qalan, ETTA!