Son illərdə gecələr istifadə edilən üz maskaları çox böyük populyarlıq qazanıb. Bunun səbəbini sizə üç punktla çatdırmaq qərarına gəldik.
- Nəmləndirmə
Gecə üz maskaları adətən quru dərisi olanlar üçün ultranəmləndirici effektə sahib olur. Gecə boyu dərini nəmləndirir və təravətləndirir.
- Elastiklik
Gecə maskaları solğun və mat dərini canlandırmağa kömək edir, ona parlaqlıq bəxş edirlər. E vitamini ilə zənginləşdirilmiş qidalandırıcı maskalar dəridə kollagen sintezini sürətləndirir və onu elastikləşdirir. Bu kateqoriyada "Erborian" markasının "Yuza Vitamin-Mask"ını tövsiyə edə bilərik.
- Yaşlanma əleyhinə
Gecəlik üz maskalarının bəzilərinin tərkibində yaşlanmağa meyilli dərini möhkəmlətməyə və yenidən konturlaşdırmağa, həmçinin incə xəttlərin və hiperpiqmentasiyanın görünüşünü azaltmağa kömək edən konsentratlaşdırılmış qocalma əleyhinə maddələr də olur.