Yaşlanma və yorğunluğun ilkin əlamətləri təəssüf ki gözlərdən oxunur. Qulluq trendlərindən bəhs etdiyimiz bu blogda məhz gözlərdən danışacağıq.
Gündə sadəcə 5 dəqiqə vaxt ayıraraq daha aydın və yorğun olmayan baxışlara sahib olmaq istərdiniz? Cavabınız “hə”dirsə, təzəlikcə trendə çevrilən göz yogası əsl sizlikdir.
Əvvəla "göz yogası” nədir?
Bu yoga eynilə klassik yogadakı kimi məşğul olduqca əzələ kütlələrini gücləndirəcək və onları möhkəmlədəcək. İş prinsipi göz ətrafındakı əzələləri gücləndirərək möhkəmlik vermək və gözətrafı nahiyəni aydın və dincəlmiş göstərmək dir. Sadəcə estetik cəhətdən deyil, həm də günün çox hissəsini ekrana baxaraq keçirdiyimizdən bu əzələ kütlələrinə həmişəkindən daha çox önəm vermək lazım gəlir.
Yaxşı bəs yoganı necə etmək lazımdır?
- Başlanğıc.
Üz əzələlərinizin sərbəst olduğu halda gözünüzü yumaraq ardıcıllıqla əvvəlcə 4 saniyə ən yuxarıya, sonra yavaşca 4 saniyə boyunca ən aşağı baxın. Bu 2 hərəkəti 3 dəfə etdikdən sonra isə sağ və sola təkrarlar edin.
- Davam.
Gözlərinizi mümkün qədər sürətli şəkildə 10 dəfə yumub-açın, sonra gözləri bağlı şəkildə 5 saniyə gözləyin. Bu addımı 5 dəfə təkrar etmək lazımdır.
- Son.
Göz yogasını fokuslanaraq bitirəcəyik. Dik oturun və qollarınızı düz formada qarşıya uzadın. Əllərinizi baş barmaqlarınız yuxarı baxan (??) formada tutun. Baxışlarınız fokuslana bilməyəcəyi məsafəyədək barmağınızı üzünüzə doğru yaxınlaşdırın və 4 saniyə gözləyin. Yavaşca qolunuzu təkrar qarşıya uzadın və bu zaman fokusunuzu baş barmaqdan yayındırmayın. Bu hərəkəti isə 5 dəfə təkrarlamaq lazımdır.