Həssas dəri adi endogen və ekzogen amillərə (fiziki, kimyəvi, hormonal və s.) həddindən artıq reaksiya verən dəri tipdir.  

Dərinin həssaslığı həm anadangəlmə, həm də günəşin, aqressiv ətraf mühitin təsirinə, kosmetikanın komponentlərinə, stressə, temperatur dəyişikliklərinə, soyuğa və ya küləyə görə ola bilər.

Nəticədə:
Dəri çox nazikləşir və bir neçə saniyə ərzində suya, günəşə, küləyə, şaxtaya, çirkli havaya, dekorativ və qulluq kosmetikasına reaksiya verir.

Bəs həssas dəriyə necə qulluq etmək olar?
Həssas dərinin reaksiyaları, onun qıcıqlanmasının səbəbləri fərdi və gözlənilməz ola bilər. Amma biz dərini sakitləşdirməyə və ağırlaşmalardan qaçınmağa kömək edəcək bir neçə ümumi məsləhət hazırladıq.

 Dərini nəmləndir! Bütün dəri tipləri nəmləndirməyə ehtiyac duyur. Xüsusilə həssas dəri, çünki zədələnmiş qoruyucu maneəyə görə o, asanlıqla nəmi itirir.

 Qulluq vasitələrinin təmizlənməsi və ya çəkilməsi zamanı ehtiyatlı şəkildə hərəkət et: aqressiv toxunma təsiri dərinin qıcıqlanmasına səbəb ola bilər.

 Maskalar - bu prosedurda əsasən parça materialı maskalardan istifadə etmək lazımdır. Ağır gil maskalar həssas dərilər üçün uyğun deyil. Maskaların tərkibinə təbii maddələr, vitaminlər və sakitləşdirici maddələr (allantoin) daxil edilməlidir.

 Həssas dərilər üçün əsas gözəllik sirlərini sizinlə paylaşdıq.

Məsləhətimizdən faydalanmağı unutmayın.