Artıq hər kəsin daha çox məlumatlı olduğu, qulluq vasitəsi alarkən marka adları əvəzinə trend tərkib maddələrinin müzakirə edildiyi bir dövrdəyik. ✨
Qulluq trendlərinə baxdıqda isə çox dəyərli və üz qulluğunda bir çox faydası olan inqredientlə qarşılaşırıq. Bunlardan biri də məhz “Niacinamide”dir.
- Niasinamid - Vitamin B törəməsi olub, əsasən, B3 və ya PP vitamini olaraq adlandırılır. Bu vitamin təbii qidalarla yanaşı, eləcə də krem və serumların tərkib maddəsi olaraq da dəriyə tətbiq oluna bilər.
- Yaşlanma əleyhinə kremlərdə, aydınladıcı təsirli qulluq vasitələrində olan PP vitamini parlaq görünüş üçün istifadə edilməli ingredientlərin başında gəlir.
- Suda həll olan niasinamid yaşlanma hesabına meydana gələn rəng tonu bərabərsizliyi və ləkə görünüşü ilə mübarizədə çox effektiv vasitələrdəndir.