Sağlam qidalanma haqqında 3 MİF ✨✨✨
1 MİF: Düzgün qidalanma - bahalıdır!
Düzgün qidalanma hər şeydən əvvəl balanslı bir rasiyon və qidaları düzgün birləşdirmə qabiliyyətidir. Bəs doğru qidalanma üçün bahalı qidaları seçməliyikmi?
✅Faydalı, lakin mütləq olmayan qidalar: kinoa, qulançar, qıvrım kələm, qızıl balıq. Bunlar həqiqətən bahalı qidalardır, amma onları yemək mütləq deyil. Alternativ olaraq mərcimək, ispanaq, brokoli, bal yeyə bilərsiniz.
✅Rasionda ümumiyyətlə faydalı olmayan və lazımsız qidalar: badam südü, steviya, pendir.
2 MİF: Özünüz və ailəniz üçün ayrıca yemək bişirməlisiniz!
Qadınların qorxuları olduqca başa düşüləndir, çünki sevdiklərini ləzzətlə doyurmaq onlar üçün vacibdir. Düzgün balanslaşdırılmış rasiyon yalnız bədənə deyil, dad reseptorlarına da zövq verməlidir. Hər kəsin yeyə biləcəyi yeməklərə bir neçə nümunə veririk:
✅Pomidor və dənli çörək ilə 2 yumurtalı omlet;
✅Pomidor sousunda balıqlı pasta;
✅İsti badımcan salatı;
3 MİF: Düzgün qidalanma şirniyyatlara tamamilə ziddir!
Təəccüblü gələ bilər amma şirniyyat mütləq qida rasionunda olmalıdır. Gəlin sirrin nə olduğunu anlayaq. Bunun sirri şirniyyatın tərkibində və yeyilmə vaxtındadır. Əlbəttə ki, şirniyyat yemək vaxtı vacibdir. Səhər yeməyi zamanı onları yemək ən yaxşısıdır.
Nəticə: sağlamlıq üçün şirniyyat yeyin, ancaq doğru zamanda və doğru şirniyyatı.