Yaşlanmanın ən mənfi təsirlərindən biri olan yanaq sallanması üzün xarakteristikasında mühüm dəyişikliklərə səbəb olur. Bəs yanaq sallanması ilə necə mübarizə aparmaq lazımdır? ?

Xüsusilə 40 yaşdan etibarən üzdə bir sıra dəyişikliklər əmələ gəlir. Bu dəyişikliklərin ən xoş olmayanı da, yəqin ki, yanaq sallanmasıdır. Üzün yağ və kollagen toxumasında əmələ gələn fərqliliklər nəticəsində dəri altındakı yağ toxuması möhkəmliyini itirərək cazibə qanununun da təsiri ilə aşağı doğru meyl edir.

Dəri elastikliyini qorumaq üçün xüsusi qulluq rutinləri etmədinizsə, bu problemlə daha erkən yaşlarda da üzləşə bilərsiniz.

Dəri sallanmasının müxtəlif səbəbləri ola bilər:
▪️ Dəriyə uyğun olmayan qulluq vasitələri
▪️ Kollagen ifrazının azalması
▪️ Yanaq nahiyəsinin dolğun olmaması kimi genetik faktorlar
▪️ Uzunmüddətli stres səviyyəsi
▪️ Düzgün olmayan yuxu rejimi
▪️ Sürətli çəki artımı və ya azalması
▪️ Az su qəbulu
▪️ Vitamin əskikliyi
▪️ Siqaret istifadəsi


Yanaq sallanmasının bərpası üçün tövsiyəmiz üz üçbucağını yeniləyən Rexaline brendinə məxsus möcüzəvi məhsul X-treme Face Sculpt ikili serumudur. Peptidlərlə zəngin olan məhsul üz ovalını yeniləyir, qırışları və incə cizgiləri azaldır, üzə həcmini geri qazandırır.