Gəlin yaşlanma əlamətlərindən danışaq… ⁣⁠
⁣⁠

Biz gecikdirmək istəsək də, 30 yaşından etibarən dəridə yaşlanma izləri getdikcə görünməyə başlayır. Əvvəl incə cizgilər və yüngül qırışlar, davamında isə həcm və elastiklik itkisi hiss olunur. ⁣⁠
⁣⁠
✔️ Əlbəttə yaşlanmanın bir çox təbii səbəbi var. Amma dərinin erkən yaşlanmasının qarşısının alınmasında və yaşlanma izlərinin azaldılmasında ona dəstək ola bilərik.⁣⁠


Dəri yaşlanmasının 3 əsas əlaməti var və hər biri üz dərisinə fərqli şəkildə təsir göstərir:

 

  • Qırışlar⁣⁠
    Dəri yaşlanmasının ilk görünən əlamətləri incə cizgilər və qırışlardır. 30 yaşdan etibarən xüsusilə göz kənarlarında incə qırışlar artıq aydın şəkildə görülməyə başlayır. Yaşlanmanın məhz bu əlaməti əsasən genetika və həyat tərzi ilə bağlıdır.⁣⁠

 

  • Həcm itkisi⁣⁠
    Dəri yaşlanmağa başladıqca həcm itkisi, nəticəsində isə dəridə sallanma, yanaqlarda düzləşmə və buxaqda sallanmalar meydana gəlir. 40 yaşından etibarən isə burun və ağız ətrafında həcm itkisiylə əlaqəli sallanmalar yaranır.⁣⁠

 

  • Elastiklik itkisi⁣⁠
    Dəri yaşlandıqca quruluş və teksturası zəifləyir, elastiklik və möhkəmliyini itirir. Bu da daha quru üzə və parlaqlıq itkisinə səbəb olur. Bu tərz dəyişikliklərə fərqli yaşlarda, əsasən isə 50 yaş və sonrasında rast gəlinir. ⁣⁠
    ⁣⁠