Sellülit və mikroçat əleyhinə ikili set

"> Sellülit və mikroçat əleyhinə ikili set

"> Etta.az
alt text

Anti Cellulite Duo

Sellülit və mikroçat əleyhinə ikili set

52 ₼

Özəllikləri

Hər növ dəri tipinə uyğun kofe-mandarin skrab bədən dərisini təmizləyir, aşındırır və tərkibindəki mandarin efir yağı sayəsində isə dəriyə elastiklik, parlaq və sağlam rəng tonu bəxş edir. 

Təzə çəkilmiş Robusta qəhvəsi  çəhrayı Himalay duzu ölü hüceyrələri təmizləyir, epidermisin bərpası və hüceyrə yenilənməsi prosesini aktivləşdirir və limfa drenajı effektinə malikdir.

Mandarin efir yağı qida maddələrinin dəriyə dərindən nüfuz etməsinə kömək edir, qidalandırır, nəmləndirir. Yağ əsasən anti-sellülit təsirə malikdir.

5 qiymətli bitki yağı: avokado, jojoba, makadamiya, üzüm toxumu, şirin badam epidermisin dərin qatlarına nüfuz edir, həm antioksidantlar və mikroelementlərlə qidalandırır, həm də modelləşdirmə effektinə malikdir.

Dərinin elastikliyini, möhkəmliyini və yumşaqlığını qaytarmaq istəyənlər üçün mikro-çat izlərini və sellülit görünüşünü daha az nəzərə çarpan edən yağ hər növ dəriyə uyğundur. Bədən yağı limfa drenajı effektinə malikdir və toksinləri çıxarır. Dəridəki artıq mayeni xaric etdiyi üçün "portağal qabığı" görünüşü yox olur. Dərini mükəmməl nəmləndirir və sellülitin yenidən yaranmasının qarşısını alır.

Formula 100% təbii bitki komponentlərinə əsaslanır və bura daxildir: qidalandıran və sellülit əmələ gəlməsinin qarşısını alan jojoba, çaytikanı, fındıq və yaşıl qəhvə yağları bədən dərisini dərindən nəmləndirir, meşə fındığı yağı dərini susuzlaşmadan qoruyur və onu yumşaldır.

Qırmızı bibər ekstraktı qan dövranı prosesini aktivləşdirir, sellülitin görünən təzahürlərini azaldır.

Yosun ekstraktı epidermisi nəmləndirir, dərini möhkəm və elastik edir. 

Tərkibindəki portağal və limonun təbii efir yağları dəriyə gün boyu enerji verir.

Sauna, hamam və ya duşda problemli sahələrə xüsusi diqqət yetirərək dairəvi masaj hərəkətləri vasitəsilə bədən dərisinə tətbiq edin. Daha effektiv təsir üçün dəridə 5-10 dəqiqə saxlamaq və ilıq su ilə yuymaq tövsiyə olunur.

Duşdan sonra nəmli bədən dərisinə yağdan biraz tətbiq edin və problemli nahiyələrə xüsusi diqqət yetirərək, tamamilə hopana qədər ayaqlardan boyuna doğru dairəvi masaj hərəkətləri ilə yayın.

  • Kofe-Mandarin skrab:
  • Qəhvə dənələri
  • Çəhrayı Himalay duzu
  • Mandarin efir yağı
  • Zəncəfil efir yağı
  • Avokado yağı
  • Şi yağı
  • Jojoba yağı
  • Amarant yağı
  • Makadamiya yağı

Anti-sellülit bədən yağı:

  • Yaşıl qəhvə yağı
  • Jojoba yağı
  • Meşə fındığı yağı
  • Çaytikanı yağı
  • Mandarin efir yağı
  • Limon efir yağı
  • Portağal efir yağı
  • Qırmızı bibər ekstraktı
  • Yosun ekstraktı

Bəyənə biləcəyiniz digər məhsullar