Kömürlü üz təmizləmə köpüyü
Qara kömür ilə zənginləşdirilmiş üz təmizləmə köpüyü yüngül teksturaya sahib olub dərini qurutmadan çirkləri və artıq yağ qalıqlarını effektiv şəkildə təmizləyir, dərini matlaşdırır. Məsamələri dərindən təmizləməklə yanaşı onları sıxır. Tərkibindəki meyvə turşuları sayəsində isə dəridəki ölü hüceyrələri aşındırır, post-akne izlərini açır.
Dermatoloqlar tərəfindən təstiqlənmişdir.
Hər səhər və axşam bir miqdar köpüyü üz dərisinə tətbiq edərək üzün quruması üçün 30 saniyə saxlayın, daha sonra su ilə yuyun.