Quru və zədələnmiş saçlar üçün bərpaedici və nəmləndirici maska.
Kokos, arqan, makadamiya, murumuru yağlar kompleksi sayəsində saçlar intensiv şəkildə qidalanır, yumşaq, elastik və idarə olunan olur.
Tərkibindəki inulin baş dərisinin təbii pH səviyyəsini normallaşdırmağa kömək edir, quruluğu aradan qaldırır və yumşaldır. Saçlarını daha uzun müddət təmiz və həcmli saxlayır.
Veqan keratin yuyulma zamanı saçları bərpa edir və zədələri aradan qaldırır. Həmçinin saçları gücləndirir, nəmləndirir. Eyni zamanda, daha hamar və parlaq olmasına kömək edir.
Amin turşuları qırılmaların və saç uclarının haçalanmasının qarşısını alır.
Maska saç follikullarını gücləndirən, onların uzanmasına kömək edən, kəpəyin qarşısını alan və metabolik prosesləri yaxşılaşdıran zülallarla zənginləşdirilmişdir.