alt text
alt text

Shampoo Scalp R-PLEX

Bərpaedici şampun

25 ₼
/ 250 ML

Özəllikləri

Saç diblərinin zərif aşınması və bütün uzunluğu boyunca zədələrin bərpası üçün şampun. 

Şampun tərkibindəki amarant zülallarıaktiv maddələr sayəsində baş dərisini aşındırır, saçdan çirkləri təmizləyir, yağ ifrazını balanslaşdırır.

Tərkibindəki inulin baş dərisinin təbii pH səviyyəsini normallaşdırmağa kömək edir, quruluğu aradan qaldırır və yumşaldır. Saçlarını daha uzun müddət təmiz və həcmli saxlayır.

Veqan keratin yuyulma zamanı saçları bərpa edir, zədələri aradan qaldırır. Həmçinin saçları gücləndirir və nəmləndirir.

Amin turşuları qırılmaların və saç uclarının haçalanmasının qarşısını alır, keramidlər isə saçları bərpa edir, gücləndirir, onlara elastiklik verir, sağlam parlaqlığı təmin edir, xarici amillərin mənfi təsirlərindən qoruyur.

Şampun formulası saç və baş dərisini qida maddələri ilə dolduran, saç follikullarını gücləndirən, onların uzanmasına kömək edən, kəpəyin qarşısını alan və metabolik prosesləri yaxşılaşdıran zülallarla zənginləşdirilmişdir.

Bir miqdar şampunu islaq saça tətbiq edin və saç diblərini masaj edin, sonra ilıq su ilə yuyun. İkinci dəfə tətbiq zamanı şampunu saçınızda 2-3 dəqiqə gözlədib sonra bol su ilə durulayın.

  • Amarant zülalı
  • İnulin
  • Veqan keratin
  • Amin turşuları
  • Seramidlər
  • Peptidlər

Bəyənə biləcəyiniz digər məhsullar