Dəriyə qulluğun bütün gücünü özündə cəmləyən üz yağı!
17 bitki ekstraktını özündə birləşdirən çox mükəmməl gecə yağıdır. O yalnız bir gecədə dərinizə olan inamınızı bərpa etməyi vəd verir.
1-ci gecədən sonra dəriniz hamarlanır, intensiv şəkildə qidalanır və nəmə doyur. Yorğunluq əlamətləri azalır, üzünüz təravətli və parlaq olur. Gün keçdikcə incə xətlər və qırışlar nəzərəçarpacaq dərəcədə azalır və dəriniz daha elastik olur. Üz daha az qüsurlarla daha dolğun görünür, dəri toxuması təmizlənir və üz dərisi canlanır.
Skin Therapy bütün dəri tiplərinə uyğunlaşmaq üçün xüsusi olaraq hazırlanmış iki fazalı üz yağıdır. Üz dərisi tərəfindən tez əmilir, dərini zərif şəkildə örtür, yağlı və yapışqan bitiş yaratmır.
Dermatoloqlar tərəfindən təstiqlənmişdir. Qeyri-komedogendir. Vegan formulaya sahibdir. Silikonsuzdur.