alt text

Super Anti Cellulite Trio

Sellülit və mikroçat əleyhinə üçlü set

-25%
72 ₼ 54 ₼

Özəllikləri

Optimal nəticə üçün tam anti-sellülit kompleksi. Dəstə daxildir: Bədən üçün quru masaj üçün drenaj fırçası, təbii tərkibli skrab və anti-sellülit bədən yağı.

Fırça ilə masaj bədən dərisini hamarlayır və qan dövranını stimullaşdırır, artıq mayenin, toksin və şlakların bədəndən xaric olmasını təmin edir. Eyni zamanda bədəndə olan su-duz balansı normallaşır, nəticədə şişkinlik, sellülit əlamətləri və "portağal qabığı effekti" azalır. Dəri relyefi və konturları düzəlir, dərinin elastikliyi və möhkəmliyi artır.

Hər növ dəri tipinə uyğun kofe-mandarin skrab bədən dərisini təmizləyir, aşındırır və tərkibindəki mandarin efir yağı sayəsində isə dəriyə elastiklik, parlaq və sağlam rəng tonu bəxş edir. 

Bədən yağı limfa drenajı effektinə malikdir və toksinləri çıxarır. Dəridəki artıq mayeni xaric etdiyi üçün "portağal qabığı" görünüşü yox olur. Dərini mükəmməl nəmləndirir və sellülitin yenidən yaranmasının qarşısını alır.

Qeyd: Fırça su ilə təmas etməməlidir, təbii ağacdan istehsal olunub və su ilə təmas nəticəsində parçalana bilər.

Addım 1. Duş almadan əvvəl quru dəriyə drenaj fırçasından istifadə edin. Masajı ayaqlarınızdan başlayın, tədricən yuxarıya doğru hərəkət edin. Bud və baldırlarınızı dairəvi hərəkətlərlə masaj edin, qarın və sinə nahiyəsində təzyiqi azaldın. Quru masajdan sonra epidermis hissəciklərini yuyub dərini sərinlətmək üçün sərin bir duş almalısınız.

Addım 2. Skrabı problemli bölgələrə xüsusi diqqət yetirərək dairəvi masaj hərəkətləri ilə dərinizə çəkin. Daha güclü təsir üçün 5-10 dəqiqə saxlayın, ilıq su ilə yuyun və dəsmal ilə qurudun.

Addım 3. Bədən yağını təmiz dəriyə ayaqlarınızdan boynunuza doğru yumşaq masaj hərəkətləri ilə çəkin.

Bəyənə biləcəyiniz digər məhsullar